Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS

Yeni kitablar
Leyla Əliyeva: “Xocalıya Ədalət!”Üç cilddə. III cild. Bakı. 2014. 480 səh.
6 Aprel , 2017
      Üç cildlik bu kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında xüsusilə ötən əsrin son illərində Ermənistan və onların havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən,  Xocalı yaşayış məntəqəsində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımdan bəhs edilir. Kitabda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun RF-dakı Nümayindəliyinin rəhbəri Leyla Əliyevanın <<Xocalıya Ədalət!>> kampaniyası çərçivəsində beynəlxalq aləmdə  həyata keçirilən təqdirəlayiq tədbirlərdən söhbət açılır. Zəngin fakt və sənədlərlə, sübutlarla əhatələnmiş bu kitab dünyada terrora və zülmə,  işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli bir toplusu kimi oxucuların diqqət mərkəzində olacaqdır.