Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
13 İyul , 2021
     13 iyul 2021-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Tovuz şəhidlərinin ildönümü ilə əlaqədar “Vətən sizinlə qürur duyur” adlı tədbir keçirdilər.

   Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Uşaq şöbəsinin Oxu zalının müdiri Samirə Əliyeva Polad Həşimovun , multimedia resursları üzrə mütəxəsisi Rəbiyə Əliyeva şəhid Namiq Əhmədov və İlqar Mirzəyevin həyat və döyüş yolu haqqında uşaqlara məlumat verdilər.
   Uşaqlar Polad Həşimov haqqında şerlər söylədilər. Sonda General Polad Həşimova həsr olunan “Paşam hey” adlı musiqi səsləndi.