Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
8 Dekabr , 2016

     8 dekabr 2016-cı il tarixdə Goranboy rayon  Mərkəzi  Kitabxanada  Mərkəzləş-dirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibovanın rəhbərliyi ilə Ümummilli  Lider  Heydər  Əliyevin  xatirəsinə  həsr edilmiş “Bütün  zamanların dahisi  Heydər  Əliyevdir” mövzusunda  dəyirmi  masa  keçirildi.
     Əvvəlcə iştirakçılar  Ümummilli  Liderin  Heydər  Əliyev  adına  mərkəzin önündə ucaldılmış  abidəsini  ziyarət  edərək , gül dəstəsi qoydular.
      Sonra tədbir Mərkəzi Kitabxananın oxu zalında davam etdi.
      Dahi rəhbərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və “Mən fəxr etmişəm ki, mən azərbaycanlıyam...” adlı videoçarx səsləndirildi.
      Tarix- Diyarşünaslıq  muzeyinin direktoru Səfərov  Mehdi “Heydər  Əliyev Müstəqil  Azərbaycan  dövlətinin  banisidir”, Oxu  zalının  müdiri  Sevda Əliyeva “ Bütün  zamanların  dahisi  Heydər Əliyevdir” başlıqlı  məruzə ilə çıxış  etdilər.
     Məruzə  ətrafı  Xidmət şöbəsinin  müdiri Səidə  Abdullayeva, 1 saylı sənətkarlıq klubunun müdiri Nazilə  Kazımova, fəal oxucu İlqar  Əhmədov, metodika və biblioqrafiya şöbəsinin  müdiri Təzəgül Abbasova  çıxış  edərək dahi rəhbərin hakimiyyətə  gəlişindən , böyük xilaskarlıq rolundan  danışaraq, Heydər  Əliyev siyasətinin, zəngin dövlətçilik  təcrübəsinin  əhəmiyyətini diqqətə çatdırdılar  və bildirdilər ki, Ümummilli liderin  ideyalarını  Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
      Sonda tədbir iştirakçıları  mövzuya  həsr  olunmuş sərgi ilə tanış oldular.

Foto Qalereya