Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
29 Dekabr , 2017

     29 dekabr  2017-ci il tarixdə  Goranboy rayon  Mərkəzi Kitabxananın oxu zalında  31 Dekabr – Dünya  Azərbaycanlıların  Həmrəylik  günü  (1991)  münasibətilə “Həmrəyliyimiz milli birliyimizdir” mövzusunda dəyirmi masa keçirildi.
     Tədbiri Oxu zalının müdiri  Sevda Əliyeva  açaraq tədbir  iştirakçılarını Yeni il və Dünya  Azərbaycanlıların Həmrəylik günü münasibətilə təbrik etdi.
      Sevda Əliyeva çıxış edərək  bildirdi ki,  bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir.  Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi, həmrəyliyin banisıdir.   
      Sonra Mərkəzi Kitabxananın əməkdaşları Zoya Məmmədova, Nəzakət Talıbova, Günel Vəliyeva, rayon Mədəniyyət mərkəzinin əməkdaşı Asəf Cavadov məruzə ətrafı çıxışlar etdilər.
     Sonda tədbir iştirakçıları “31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik gündür” adlı sərgi ilə tanış oldular.

Foto Qalereya