Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Elanlar
14 Fevral , 2018
       Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə respublika üzrə məktəblilər arasında Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin xatirəsinə həsr olunan “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilir.
        Müsabiqə II turdan ibarətdir.
        Müsabiqənin  I turunun  birinci mərhələsi  27 fevral  2018-ci il tarixində Goranboy rayon Mərkəzi Kitabxanasında  təşkil  olunacaqdır. I mərhələdə münsiflər heyəti tərəfindən Goranboy rayon üzrə qaliblər seçiləcəkdir.
        Müsabiqənin I mərhələsinin qalibləri Gəncə regionu üzrə keçiriləcək müsabiqənin II mərhələsində iştirak edəcəklər.

        Əziz məktəblilər !
        Müsabiqədə iştirak etmək üçün Goranboy rayon Mərkəzi Kitabxanasında  qeydiyyatdan keçməyinizi sizdən xahiş edirik.  


        Müsabiqə iştirak etmək üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz :
        Goranboy rayon H. Əliyev pr : 4
        Əlaqə telefonu : (02224) 5-31-38
        E-mail : goranboy-mks@mail.ru