Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
10 Dekabr , 2019
10 dekabr 2019-cu il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi 1 №li tam orta məktəbində Ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar  “ Günəş ömürlü insan “ adlı anım günü keçirildi. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

      Tədbiri giriş sözü ilə açan Uşaq şöbəsinin multimedia resursları üzrə mütəxəsissi  Rəbiyə Əliyeva Ümummilli liderin həyat və fəaliyyəti haqqında məlumat verdi.
     Tədbirdə kitabxananın fəal oxucuları  Ümummilli lider Heydər  Əliyevə həsr edilmiş Məmməd Namazın “ Günəş ömürlü insan “,İftixar Böyük Turanın himni “Yaşayır Heydər ata” adlı şeir və hekayələr söylədilər. 1 №li tam orta məktəbin şagirdləri Böyükkişiyeva Elnurə, Böyükkişiyeva Cəlalə, Xəlilzadə İnayət, Musayeva Zilan, Əsgərova Zəhra, Cəmilli Xədicə, Əliyev Nadir, Əliyeva Əsmər, Aslanova Günel, Əhmədov Kənan “Yaşayır Heydər ata” adlı kompozisiya nümayiş etdirdilər.