Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
28 Dekabr , 2019
     28 dekabr  2019-cu il tarixində Mərkəzi Kitabxananın Oxu zalında 31 dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü  münasibətilə “ Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam! “ adlı elmi-praktik konfrans keçirildi.
      Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açaraq bayram münasibətilə tədbir iştirakçılarının təbrik etdi. Xidmət şöbəsinin fond bölmə müdiri  Gülnar  Nəcəfova  “ 31 dekabr – dünya Azərbaycanlılarının Həmrəylik  Günü “  adlı məruzə ilə çıxış etdi. Mərkəzi Kitabxananın baş biblioqrafı Nəzakət Talıbova, Şəhər kitabxana filialının multimedia resursları üzrə mütəxəsissi Kəmalə İsmayılova, 1 N-li sənətkarlıq klubunun müdiri Nazilə Kazımova məruzə ərtafı çıxışlar etdilər. Həmrəylik günü milli dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu gün yorulmaz fəaliyyəti ilə Heydər Əliyev  siyasəti fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən  Prezident İlham Əliyev Ulu öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir.
       Sonda tədbir iştirakçıları “31 dekabr – dünya Azərbaycanlılarının Həmrəylik  Günü “  adlı sərgi ilə taniş oldular.
Foto Qalereya