Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
14 Yanvar , 2020
    14 yanvar 2020-ci il tarixdə  Goranboy rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana ilə birgə “20  Yanvar tariximizin qanlı və şanlı səhifəsidir” adlı tədbir keçirdi.

      Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açaraq “20 yanvar” günü haqqın geniş məlumat verdi.  
      O, bu qanlı tarixin yaddaşlarımıza daima həkk olunduğunu vurğuladı və qeyd etdi ki, dövlətimiz  20 yanvar şəhidlərinin xatirəsini əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.
       Mərkəzi Kitabxananın xidmət şöbəsinin  baş  kitabxanaçısı Durdanə Bayramova  bu gün haqqında öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü.
       Sonda tədbir  iştirakçılarına  20 Yanvar şəhidlərinə həsr olunmuş videoçarx nümayiş olundu.