Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
17 Yanvar , 2020
   17 yanvar   2020-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında 20 yanvar Milli Hüzn gününə həsr edilmiş “ 20 yanvar həm hüzn günü, həm də milli qürur günüdür ” adlı konfrans keçirildi.

     Konfransı giriş sözü ilə Oxu zalının müdiri Sevda Əliyeva açdı. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Avtomatlaşdırma  şöbəsinin  informasiya  texnologiyaları  üzrə mütəxəssisi  Günel Vəliyeva  geniş  məruzə ilə çıxış edərək  20 yanvar faciəsinin səbəbləri haqqında danışdı. 20 yanvar hadisələrini müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsi kimi qiymətləndirdi.  Xidmət şöbəsinin baş kitabxanaçısı Durdanə Bayramova çıxış edərək  qeyd etdi ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 
      Şahməmmədli kənd kitabxana filialının kitabxanaçısı Raxşəndə Xəlilova, Şəhər kitabxana filialının işçisi Kəmalə İsmayılova, Heydər Əliyev Mərkəzinin işçisi Nərminə Şirinova məruzə ərtafı çıxışlar edərək qeyd etdilər ki, Sovet  imperiyasının xalqımıza qarşı törətdiyi bu qanlı cinayət əslində Azərbaycanın müstəqilliyinin təməli oldu.
       Tədbirin Sonda iştirakçılar  20 yanvar faciəsinə həsr olunmuş video-çarxı  izlədilər, sərgi ilə tanış oldular.

Foto Qalereya