Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
17 Yanvar , 2020
  

      17 yanvar  2020-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın uşaq şöbəsi Rəsul Atakişiyev adına İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada  20 yanvar faciəsinin 30-cu ili ilə əlaqədar  “ Qanla yazılmış tariximiz “ adlı anım tədbiri keçirildi.
     Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Uşaq şöbəsinin biblioqrafı Pakizə İsmayılova Tariximizin qanlı və həm də qürur səhifəsi olan 20 yanvar faciəsi haqqında ərtaflı məlumat verdi.
     Ümumilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsitsada itkilərə məruz qoysa da, onun mənliyini tapdalayan bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.