Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
17 Yanvar , 2020
  17 yanvar  2020-ci il tarixdə Goranboy rayon MKS-nin  2 № li Tatarlı kənd kitabxana filialında 20 yanvar  Milli Hüzn günü ilə əlaqədar  “ Qanlı Qərənfillər ” adlı anım günü keçirildi.
     Tədbiri giriş sözü ilə 2 № li Tatarlı kənd kitabxana filialının böyük kitabxanaçısı Dursun İsmayılova açdı.  Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Tədbirdə kənd ağsaqqalı Qnyaz Rzayev məruzə ilə çıxış edərək  qeyd etdi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Məktəblilər  20 yanvar şəhidləri haqqında şeirlər söylədilər.
      Sonda tədbir iştirakçıları şagirdlərin çəkdiyi  “Qanlı qərənfillər” adlı rəsm sərgisi ilə tanış oldular.