Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
28 Yanvar , 2020
     28 yanvar 2020-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun 110 illiyi münasibəti ilə “ Əfsanəvi qəhrəman -  general Həzi Aslanov ” adlı oxucu konfransı keçirildi.
      Konfransı giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova açdı.
      Xidmət  şöbəsinin kitabxanaçısı Ülviyyə Kazımova “Əfsanəvi qəhrəman-general H.Aslanov” adlı məruzə ilə çıxış etdi. Oxu zalının müdiri Sevda Əliyeva, baş biblioqraf Nəzakət Talıbova, Xidmət şöbəsinin müdiri Səidə Abdullayeva, Heydər Əliyev Mərkəzinin işçisi Mətanət Hüseynova, Şəhər kitabxana filialının işçisi Kəmalə İsmayılova məruzə ətrafı çıxışlar etdilər.Xalqımızın oğulları sırasında general Həzi Aslanovun adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən xilas olması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir sərkərdə istedadı nümayiş etdirib və hərb salnaməsində yeni parlaq səhifələr açıb.
       Tədbir  iştirakçılar iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov aid videoçarxa baxdilar. “ Həzi Aslanov-110” adlı sərgi ilə tanış oldular.
Foto Qalereya