Goranboy rayon Mərkəzi Kitabxanası

Goranboy rayon MKS
Tədbirlər
21 Fevral , 2020
    21 fevral 2020-ci il tarixdə Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında Xocalı Faciəsinin 28-ci ildönümü ilə əlaqədar  “ Xocalı faciəsi- Cəzasız cinayət ” adlı dəyirmi masa keçirildi.

      Tədbiri giriş sözü ilə Oxu zalının müdiri Sevda Əliyeva açdı. Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sevda Əliyeva tədbir iştirakçılarına Xocalı faciəsi haqqında  məlumat verdi.
        Daha sonra Xocalı faciəsinin canlı şahidi Aidə Allahverdiyeva göz yaşları ilə Xocalıda fevralın 25-26-na keçən gecə başlarına gətirilən faciədən danışdı. Xocalı şəhər sakini Qarayağdı Quliyev Xocalı şəhərinin  mühasirəyə alınması və yol boyu başlarına gətirilən görünməmiş dəhşətlərdən danışdı.
       Kitabxananın əməkdaşları Təzəgül Abbasova, Rəxşəndə Xəlilova, Solmaz Məmmədova Xocalı faciəsini törədənləri lənətlədilər.
       Sonda tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular.

Foto Qalereya